
PSJ “Zenit”in futbolçusuna “elçi düşüb”
“Zenit”in hücumçusu Malkom karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ 25 yaşlı oyunçunun xidmətində maraqlıdır. Liqa 1 klubu ilə Rusiya təmsilçisi arasında danışıqlar davam edir.
Malkom keçən ilin yayında “Zenit”lə 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan yeni sözləşmə imzalayıb.
Braziliyalı futbolçu bu mövsüm Sankt-Peterburq təmsilçisinin heyətində 23 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin