“Yuventus”un hücumçusu Fransa klubuna keçə bilər

“Yuventus”un hücumçusu Duşan Vlahoviç Fransa çempionatına keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

25 yaşlı forvarda PSJ maraq göstərir. Liqa 1-in çempionu onu hazırkı transfer pəncərəsində heyətinə qatmağa çalışa bilər.

Vlahoviçin dəyəri təxminən 45 milyon avro qiymətləndirilir. O, son mövsümdə “Yuventus”un heyətində 41 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.

Sebiyalı futbolçunun turinlilərlə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button