PSJ “Yuventus”un futbolçusunu istəyir

İtaliyanın “Yuventus” klubunun futbolçusu Miralem Pyaniç karyerasını Fransada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu PSJ-nin hədəfindədir. Paris klubu cari mövsümün sonunda yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Artıq klubun futbolçunun meneceri ilə danışıqlara başladığı bildirilir.

2016-cı ildən Turin klubunun şərəfini qoruyan bosniya və herseqovinalı futbolçunun “qoca sinyora” ilə hazırkı müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə 32 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button