PSJ-nin Neymar dərdi – Yenə…
PSJ Fransa Liqa 1-in 4-cü turunda “Mets”lə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmada futbolçusu Neymarın köməyindən istifadə edə bilməyəcək. Bu barədə PSJ-nin baş məşqçisi Tomas Tuxel yerli mətbuata açıqlamasında deyib. O, Neymarın komanda ilə birlikdə olmadığını və vəziyyətin dəyişmədiyini bildirib.
Neymar PSJ-nin Liqa 1-in ilk turlarındakı oyunlarında da iştirak etməyib. Braziliyalı oyunçunun adı “Barselona” ilə yanaşı hallanır.
“Mets” – PSJ matçı bu gün, saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin