İddia: Fransa klubu Yamal üçün 277 milyon avro təklif etməyə hazırdır

PSJ “Barselona”nın vingeri Lamin Yamalı transfer etmək niyyətindədir.

Komanda.az “goal.com”-a istinadən xəbər ki, parislilər 18 yaşlı hücumçu üçün 277 milyon avro təklif etməyə hazırdırlar.

Bu transfer reallaşarsa, PSJ öz rekordunu yeniləyəcək. Klub 2017-ci ildə Neymarı “Barselona”dan 222 milyon avroya almışdı.Yamal hazırda dünyanın ən bahalı futbolçusu hesab olunur, onun transfer dəyəri 200 milyon avro səviyyəsində qiymətləndirilir.

Bununla belə, “Barselona” rəhbərliyi yayılan məlumatları təkzib edib və Yamalın satılmadığını bildirib.

İspaniyalı futbolçu 2025/26 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 5 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button