PSJ “Çelsi”nin hücumçusu ilə maraqlanmır
PSJ yayılan xəbərlərin əksinə, “Çelsi”nin hücumçusu Kristofer Nkunku ilə maraqlanmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər fərqli tipli oyunçulara baxırlar.
Nkunku 2023-cü ilin yayında “Çelsi”yə keçib. O, bu mövsüm bütün yarışlarda 27 matçda iştirak edib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib.
27 yaşlı futbolçunun londonlularla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin