PSJ – “Borussiya” oyununa koronavirus təhlükəsi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 11-də keçirilməsi planlaşdırılan PSJ – “Borussiya” (Dortmund) oyunu təxirə salına bilər.
Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
UEFA-nın koronavirus epidemiyası səbəbiylə Parisdə keçirilməsi nəzərdə tutulan oyunu martın 11-dən martın 17-nə və ya 18-nə keçirməyi planlaşdırdığı bildirilir. Qurum, eyni zamanda, oyunun Fransanın daha təhlükəsiz bir bölgəsində və ya başqa bir ölkədə keçirilməsini də nəzərdən keçirir.
Komandalar arasında Almaniyada keçirilən ilk oyunda “Borussiya” 2:1 hesablı qələbə qazanmışdı.
Epidemiya səbəbiylə PSJ-nin bu gün Liqa 1-in 28-ci turu çərçivəsində keçirilməli olan “Strasburq”la oyunu da qeyri-müəyyən müddətə təxirə salınıb.
Bizi Facebook-da izləyin