PSJ-nin sabiq futbolçusu karyerasını bitirdi
PSJ və “Lion”un sabiq futbolçusu Matyö Bodmer karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi “instagram” hesabından açıqlama verib. Karyerası ərzində “Lill”, “Lion”, PSJ, “Sent-Etyen”, “Nitsa”, “Genqam” kimi klublarda çıxış edən Bodmerin son iş yeri “Amyen” olub.
2010-2013-cü illər aralığında PSJ-də forma geyinən yarımmüdafiəçi 63 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin