PSJ portuqaliyalı futbolçu ilə anlaşıb

PSJ-nin yarımmüdafiəçisi Vitinya klubu ilə yeni müqavilə imzalayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər səmərəli danışıqlar aparıb və razılıq əldə ediblər.

24 yaşlı futbolçunun Paris klubu ilə yeni müqaviləsi 2029-cu ilin iyun ayına qədər davam edəcək.

Vitinya cari mövsümdə PSJ-də 15 oyun keçirib və 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi daha iki il yarım müddətinə qüvvədədir. Portuqaliyalı yarımmüdafiəçi 2022-ci ildə 41,5 milyon avroya “Portu”dan PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button