
PSJ Vinisiusu bir şərtlə transfer edə bilər
“Real”ın hücumçusu Vinisius Junior PSJ-nin maraq dairəsinə düşüb.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, Paris təmsilçisi braziliyalı futbolçunu 2027-ci ildə – müqaviləsi bitən kimi azad agent statusunda transfer etməyə çalışacaq.
Bu keçid yalnız baş məşqçi Luis Enrikenin komandadan ayrılması halında mümkündür. PSJ rəhbərliyi daha azad, kreativ hücum futbolu oynayan komanda qurmaq və dünya səviyyəli oyunçunu heyətə qatmaq istəyir.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 16 oyunda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



