PSJ Verrattini Qətər klubuna satdı

Qətərin “Əl-Ərəbi” klubu PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin transferini rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtalyan futbolçu yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək.

“Əl-Ərəbi” 30 yaşlı yarımmüdafiəçinin transferi üçün Fransa klubuna 45 milyon avro ödəyəcək. Verratti ilə 2026-cı ilin yayına qədər müqavilə imzalandı açıqlanıb.

Xatırladaq ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edirdi. O, ötən mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 1 qol ötürməsi verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button