PSJ gürcü qapıçıya göz dikib
“Valensiya”nın gürcü qapıçısı Giorgi Mamardaşvili karyerasını Fransa çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ 23 yaşlı qolkiperi transfer etməkdə maraqlıdır. Paris klubu Canluici Donnarummanın inamsız çıxışına görə qapı xəttini gücləndirmək istəyir.
Mamardaşvili İspaniya çempionatının bu mövsümündə 30 oyun keçirib və 32 qol buraxıb. Onun “Valensiya” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin