PSJ üzərində qələbə ilə Fransa kubokunu qazandılar
Futbol üzrə Fransa kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda “Renn” və PSJ klubları qarşılaşıb. Dörd qolun qeydə alındığı matçın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyinə görə, qalib penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Renn” qələbə qazanaraq, ölkə kubokuna sahib çıxıb.
Qeyd edək ki, bu, “Renn”in Fransa kubokunda üçüncü belə uğurudu. Sözügedən komanda daha əvvəl 1965 və 1971-ci illərdə kubokun qalibi olmuşdu.
Fransa kuboku, final
27 aprel
Renn – PSJ 2:2 (penaltilər 6:5)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin