
PSJ ukraynalı futbolçunun transfer məbləğini razılaşdırıb
PSJ Ukrayna millisinin və “Bornmut”un müdafiəçisi İlya Zabarnının transferi üçün əsas məbləği razılaşdırıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, transferin baza dəyəri təxminən 60 milyon avro təşkil edəcək.
Klublar arasında danışıqlar davam edir. Əlavə şərtlər, o cümlədən sözləşmənin ümumi məbləğini artıra biləcək mümkün bonuslar müzakirə edilir.
22 yaşlı futbolçu 2023-cü ilin yanvarında “Bornmut”a keçib və bu müddət ərzində komandanın müdafiəsində əsas fiqur olub. O, son mövsümdə 39 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



