PSJ ukraynalı futbolçunu “qaralayıb”
“Bornmut”un müdafiəçisi İlya Zabarnı karyerasını Avropanın başqa klubunda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
PSJ Ukrayna millisinin oyunçusunun xidmətində maraqlıdır. 22 yaşlı futbolçunun transfer dəyəri 38 milyon avro qiymətləndirilir və onun “Bornmut”la müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
İlya Zabarnı 2023-cü ildən İngiltərə komandasında çıxış edir. O, bu mövsüm 16 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin