PSJ üçün “hökm”ü Miller verəcək

PSJ-nin “Zenit”in yarımmüdafiəçisi Leandro Paredesi transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalı futbolçu üçün son olaraq 45 milyon avro təklif edib. PSJ 40 milyon avronu birbaşa, 5 milyon avronu isə bonuslar şəklində ödəmək təklifini irəli sürüb.

Tranfer haqqında son qərarın “Qazprom”un prezidenti Aleksey Miller tərəfindən veriləcəyi bildirilir.

Əvvəlki danışıqlarda fransızların 35 milyon avro təklif etdiyi, Rusiya klubunun isə 50 milyon avro tələb etdiyi deyilirdi.

24 yaşlı yarımmüdafiəçinin “Çelsi”nin də transfer hədəfində olduğu, amma “zadəganlar”ın onun üçün 30 milyon avro təklif etdiyi bildirilir.

2017-ci ildə “Roma”dan transfer olunan Paredes, cari mövsümdə “Zenit”in heyətində iştirak etdiyi 22 qarşılaşmada 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button