ÇL: “PSJ üç xala layiq idi”
PSJ-nin futbolçusu Əşrəf Hakimi UEFA Çempionlar Liqasında PSV ilə oyundan (1:1) sonra açıqlama verib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, oyunda üstünlük əldə etdiklərini söyləyib:
“Bu matçda biz üstünlük təşkil etdik. Rəqib qapısı yaxınlığında çoxlu imkanlar yaratdıq, lakin top tora düşmək istəmədi. Buna görə də məyusluq var. PSJ üç xala layiq idi. Bəli, bu dəfə qalib gələ bilmədik, amma yolumuza davam edəcəyik”.
PSJ üç oyundan sonra 4 xal toplayıb. Parislilər Çempionlar Liqasının 4-cü turu çərçivəsində doğma meydanda “Atletiko” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin