
PSJ türkiyəli forvardını satdı
Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi PSJ-nin türkiyəli hücumçusu Metehan Güçlünü transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Fransada dünyaya göz açan Metehan Güçlü PSJ-nin öz yetirməsidi. O, ötən mövsüm Paris təmsilçisinin heyətində debüt şansı da qazanıb.
Gənc hücumçu həm də Türkiyənin gənclərdən ibarət yığma komandasının üzvüdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin