
PSJ superkubokun da qalibi oldu – ardıcıl 8-ci dəfə
Futbol üzrə Fransa superkubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda geridə qalan mövsümdə həm Liqa 1-in, həm də Fransa kubokunun qalibi olmuş PSJ ilə vitse-çempion Marsel “Olimpik”i üz-üzə gəlib.
Paris təmsilçisi üç qolun qeydə alındığı bu oyundan qələbə ilə ayrılıb. Nəticədə sözügedən komanda tarixində 10-cu dəfə superkubokun qalibi olub. PSJ 2013-cü ildən bəri hər il bu mükafata sahib çıxır.
Fransa superkuboku
13 yanvar
PSJ – Olimpik (Marsel) 2:1
Qol: İkardi, 39. Neymar, 85-pen – Payet, 89.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin