PSJ ilə “Sportinq” arasında 60 milyon avroluq sövdələşmə

PSJ yarımmüdafiəçi Manuel Uqarteni transfer etmək üçün “Sportinq”lə razılığa gəlib.

Komanda.az “Desporto”-ya istinadən xəbər verir ki, Paris klubu 22 yaşlı futbolçunun keçidini rəsmiləşdirmək üçün 60 milyon avro ödəyəcək. Uruqvaylı yarımmüdafiəçi ilə beş illik sözləşmə imzalanacaq.

Uqarte cari mövsümdə Portuqaliya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 47 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. O, 16 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button