PSJ sanksiya ilə üzləşə bilər

Kilian Mbappe və PSJ borc məsələsini həll etməyib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, futbolçu keçmiş klubundan maaş və bonuslar baxımından 55 milyon avro tələb etsə də, parislilər bunu ödəmək niyyətində deyil.

PSJ bir centlmen müqaviləsinə istinad edir ki, Mbappe azad agent kimi ayrılsa, klub maddi cəhətdən əziyyət çəkməməli imiş.

Bu arada, əsas tarix yaxınlaşır: PSJ yanvarın 15-dək işçilərə borcunun olmaması və ödənişlərlə bağlı sənədləri UEFA-ya təqdim etməlidir. Klub Mbappe qarşısında müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün parislilərə qarşı sanksiyaların tətbiq olunma riski var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button