PSJ “Mançester Yunayted”in futbolçusuna təklif göndərib

“Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sanço karyerasını Fransa çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ ingiltərəli futbolçunu transfer etməkdə maraqlıdır. Fransa klubunun rəhbərliyi oyunçuya təklif göndərib. Sanço karyerasını davam etdirmək üçün bu variantda maraqlıdır.

24 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Sanço 2023/24 mövsümündə Dortmund “Borussiya”sında icarə əsasında çıxış edib. O, Almaniya çempionatında 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button