Fransa klubu Salahı transfer etmək istəyir

PSJ yeni hücumçu almağı düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi “Liverpul”un hücumçusu Məhəmməd Salahı öz heyətinə qatmaq istəyir. Klubun prezidenti Nasser Əl-Xələfi misirli futbolçunu almaq üçün hər cür səy göstərəcək. PSJ Salaha ildə təxminən 40 milyon avro ödəməyə hazırdır.

Salahın “Liverpul”la hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, İngiltərə Premyer Liqasının bu mövsümündə 12 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button