PSJ rəhbərliyindən Mbappeyə məktub
PSJ rəhbərliyi hücumçu Kilian Mbappeyə məktub ünvanlayıb və ondan klubu azad agent kimi tərk etməsini xahiş edib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı forvard Liqa 1 klubunu tərk etsə, parislilər bəzi futbolçularını satacağını, işçilərin bir hissəsini işdən çıxaracağını da bildiriblər.
Paytaxt təmsilçisi Mbappenin qarşısına iki şərt qoyub: o, ya klubla yeni sözləşmə imzalamalı, ya da oranı tərk etməli – özünə yeni iş yeri tapmalıdır.
PSJ rəhbərliyi Fransa millisinin üzvünə ünvanladığı məktubda Harri Keynin “Bayern”ə transferini nümunə göstərib və futbolçuların iş yerini dəyişərək sabiq komandalarına maliyyə mövzusunda dəstək olduqlarını diqqətə çatdırıb.
Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin