PSJ Reşfordla bağlı fikrini dəyişib
PSJ “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etməyi planlaşdırmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ artıq ingilis futbolçunun çıxışını ciddi şəkildə izləmir. Fransalılar hücumu gücləndirmək üçün başqa variantlara üstünlük verirlər.
Daha əvvəl Paris klubunun yay transfer pəncərəsində Reşford üçün təsirli məbləğ ödəməyə hazır olduğu bildirilirdi. “Mançester Yunayted”in forvardı satmağa hazır olduğu barədə xəbərlər də yayılmışdı.
26 yaşlı futbolçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 40 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin