Reşforda sərvət vəd edirlər
PSJ “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun xidmətində maraqlıdır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu azad agent kimi parislilərə qoşulsa, həftədə təxminən 1 milyon avro qazana bilər.
Daha əvvəl PSJ-nin prezidenti Nasser Əl-Xələfinin də ingilis hücumçu ilə maraqlandığı bildirilirdi.
Reşfordun “qırmızı şeytanlar”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Paris klubunun hücumçu ilə maraqlanması “Mançester Yunayted”in onunla müqaviləni uzatması prosesini sürətləndirə bilər.
Reşford DÇ-2022-də İngiltərə millisinin heyətində 5 oyuna çıxıb və 3 qol vurub. İngilislər mundialın 1/4 finalında Fransaya məğlub olaraq (1:2), turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin