PSJ “Renn”lə matça onsuz çıxacaq
PSJ Fransa Liqa 1-in 2-ci turunda “Renn”lə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi sözügedən səfər matçına ciddi itkiylə çıxacaq. Bu barədə PSJ-nin baş məşqçisi Tomas Tuxel yerli mətbuata açıqlamasında deyib. O, Neymarın “Renn”lə matçın heyətində olmadığını bildirib.
Neymar PSJ-nin ilk turda “Nim”i məğlub etdiyi oyunda da iştirak etməmişdi.
“Renn” – PSJ matçı bu gün, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin