PSJ rəsmisindən Tuxel və Messi ilə bağlı açıqlama

Fransanın PSJ klubunun idman direktoru Leonardo komandanın baş məşqçisi Tomas Tuxelin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Tuxelin əvəzinə Massimiliano Alleqrinin gətiriləcəyi ilə bağlı iddiaları təkzib edib:

“Tuxellə bağlı fikirlərimiz çox qətidir. O, komandada keçən mövsüm əla işlər bacardı. Düşünmək üçün vaxt ayırmışıq, amma Alleqri də daxil olmaqla, heç bir mütəxəssislə əlaqə yaratmamışıq. Tuxelin müqaviləsinin bitməsinə hələ 10 ay var, gələcəyi ilə bağlı danışmaq üçün zamanımız çox olacaq”.

Leonardo, “Barselona”dan ayrılmaq istəməsi ilə gündəmə gələn Lionel Messinin mümkün transferi barədə də danışıb:

“Bunun həqiqətən mümkün olub-olmadığını düşündük. Bütün klublar üçün əsas məsələ böyük transferdən əvvəl futbolçularından kimisə satmaqdır, amma bu, çox çətindir. Çünki klublar transfer etmirlər.

Bu yay Mauro İkardini transfer etdik, ona görə də, gələcəklə bağlı daha yaradıcı olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button