PSJ rəsmisindən “Milan”ın 2 futbolçusu ilə bağlı açıqlama

Fransanın PSJ klubunun idman direktoru Leonardo açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı klub rəsmisi, “Milan”ın futbolçusu Frank Kessye ilə maraqlandıqları haqda iddialara cavab verib. Leonardo, həm Kessye, həm də, “Milan”ın digər futbolçusu Teo Hernandeslə heç bir transfer danışıqlarının olmadığını bildirib:

“Heç bir futbolçu ilə danışığımız olmayıb. Nə Kessye, nə də Hernandeslə bağlı hansısa danışıq yoxdur”.

Fil Dişi Sahili milli komandasının da üzvü olan Kessyenin “Milan”la müqaviləsi cari mövsümün sonuna qədərdir. Hernandesin isə İtaliya klubu ilə sözləşməsi 2026-cı ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button