PSJ-nin prezidentindən Messiyə cavab
PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın keçmiş hücumçusu Lionel Messinin Fransa klubunun onu 2022-ci il dünya çempionatının qalibi olması münasibətilə təbrik etməməsi ilə bağlı sözlərinə cavab verib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunu qələbəyə görə həm məşqdə, həm də şəxsi olaraq təbrik etdiklərini bildirib:
“Biz Messini məşqdə də, şəxsi olaraq da təbrik etdik. Amma PSJ Fransa klubudur, ona görə də, stadionda bayram keçirilməyib. Biz ölkəmizdə və Fransa millisində çıxış etmiş digər futbolçulara, eləcə də azarkeşlərimizə hörmət edirik.
Amma Messi inanılmaz oyunçudur və biz onunla qürur duyuruq”.
36 yaşlı hücumçu 2021-2023 illərdə PSJ-də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin