PSJ qapıçısını icarədən qaytardı, icarəyə göndərdi

Fransa çempionu PSJ qapıçısı Marçin Bulkanı mövsümün əvvəlində icarəyə verdiyi İspaniyanın “Kartaxena” klubundan geri çağırıb.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi polşalı qolkiperi yenidən icarəyə göndərib.

Bulka bundan sonra Fransanın “Şatoru” komandasında forma geyinəcək. PSJ qapıçısını Liqa 2 təmsilçisinə mövsümün sonuna kimi icarəyə verib.

Qeyd edək ki, Bulka PSJ-yə 2019-cu ildə “Çelsi”dən transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button