PSJ Qalte ilə vidalaşıb

PSJ rəhbərliyi baş məşqçi Kristof Qalte ilə vidalaşıb. Fransalı mütəxəssis artıq paytaxt klubunun çalışdırıcısı deyil.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, PSJ bu gün mətbuat konfransı təşkil edəcək və Luis Enrikeni klubun yeni baş məşqçisi kimi təqdim edəcək.

Qalte 2022-ci ilin yayından Paris komandasını çalışdırıb. PSJ onun rəhbərliyi ilə 2022/23 mövsümündə Liqa 1-də çempion olub.

Enrikenin sonuncu iş yeri İspaniya yığması olub. Onun rəhbərliyi altında Mərakeş millisinə oyunsonrası penaltilərdə uduzan “buğalar” DÇ-2022-də mübarizəni dayandırıb. Bu səbəbdən, Enrikenin milli komanda ilə yolları ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button