
Donnarumma yeni müqavilə təklifi gözləyir
PSJ-nin qapıçısı Canluici Donnarumma Fransa klubunda qalmağa hazır olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiper bunu deyib:
“Daha bir illik müqaviləm var. PSJ qalmağımı istəsə, qalacam. Sadəcə, yeni müqavilə imzalamalıyıq. Ancaq bu, klubdan asılıdır”.
İtaliyalı futbolçunun parislilərlə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



