PSJ-nin prezidenti Mbappe haqda: “Mən buna 100 yox, 200 faiz əminəm”
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xələfi komandanın hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu haqqında danışan klub rəhbəri, bunları deyib:
“O, oyunlarda daha çox olmaq, bu komanda, bu klubla birlikdə inkişaf etmək, böyümək istəyir. Mən ona vəzifələrini izah etdim. O, ağıllı bir gəncdir, əminəm ki, hər şeyi başa düşdü.
Mbappe PSJ-də qalırmı? Mən buna 100 yox, 200 faiz əminəm. Bu çılğın oğlana getmək üçün icazə vermirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin