PSJ-nin rəhbəri “Real”ın prezidentinə sataşdı
PSJ-nin prezidenti Nasser Əl-Xələfi “Real”ın prezidenti və Avropa Super Liqasının təşəbbüskarlarından olan Florentino Peresi ələ salıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Super Liqa ilə bağlı çıxışı zamanı Peres Çempionlar Liqası kuboklarının qarşısında dayanıb. Əl-Xələfi elə bu məqama toxunub:
“Arxanızda UEFA Çempionlar Liqası kubokları olanda Super Liqa haqqında danışmaq qəribədir”.
Dekabrın 21-də Avropa İttifaqının ədalət məhkəməsi UEFA və FİFA-nın turnirlərin təşkilində monopoliya yaratmaq hüququna malik olmadığı və komandaların hansısa digər turnirlərdə iştirakını qadağan edə bilməyəcəyi barədə qərar qəbul edib. Avropa Super Liqasında üç liqaya bölünən 64 komanda iştirak edəcək. Hər liqada yarış iki mərhələdə keçiriləcək – liqa mərhələsi və pley-off mərhələsi. Yeni turnirin startı 2025-ci ilə planlaşdırılıb.
Bizi Facebook-da izləyin