PSJ onun üçün 70 milyon avro ödəməyə hazırdır
“Milan”ın hücumçusu Rafael Leao karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, PSJ 22 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Paris klubu portuqaliyalı hücumçu üçün 70 milyon avro ödəməyə hazırdır. “Milan” isə Leaonun satışından 100 milyon avro qazanmaq istəyir. Bundan başqa, İtaliya klubu portuqaliyalıya daha yaxşı şərtlərlə yeni müqavilə təklif etməyə də hazırdır.
2019-cu ilin avqust ayından “Milan”da çıxış edən Leao komandaya 29,5 milyon avroya “Lill”dən transfer olunub. Onun klubla müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin