PSJ portuqaliyalı futbolçu ilə danışıqlara başlayıb

PSJ yarımmüdafiəçi Vitinya ilə danışıqlar prosesinə başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 24 yaşlı portuqaliyalı futbolçunun bu mövsüm yüksək səviyyəli oyun nümayiş etdirdiyini nəzərə alaraq, onunla müqaviləni uzatmaq istəyir.

Vitinyanın hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Portuqaliyalı vinger PSJ-də 2-ci mövsümünü keçirir. Bu müddət ərzində o, 90 oyun keçirib. Yrımmüdafiəçi bu matçlarda 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

PSJ növbəti oyununu mayın 1-də Çempionlar Liqasının yarımfinalında səfərdə “Borussiya”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button