Ona PSJ-nin planlarında yer yoxdur

PSJ-nin yarımmüdafiəçisi Renato Sançes yay transfer dönəmində komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi portuqaliyalı futbolçunu gələcək planlarına daxil etmir. Son mövsümü icarə əsasında “Benfika”da keçirən Sançesin özü də Fransa klubunu tərk etməyə hazırdır.

27 yaşlı oyunçu PSJ-yə 2022-ci ildə transfer olunub. O, bu müddət ərzində 27 oyunda iştirak edib və 2 qol vurub. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button