“PSJ oynadığım ən yaxşı komandadır” – Dembele

PSJ-nin vingeri Osman Dembele Paris klubunu oynadığı ən yaxşı komanda adlandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Paris təmsilçisində rəqabət olduğunu bildirib:

“Düşünürəm ki, PSJ oynadığım ən yaxşı komandadır. Onların bütün mövqelərdə dünyanın ən yaxşı milli komandalarında oynayan keyfiyyətli oyunçuları var. Rəqabət var, bu, hamını öz səviyyəsini maksimuma yüksəltməyə sövq edir”.

Dembele bu yay 50,4 milyon avroya “Barselona”dan PSJ-yə keçib. O, ötən mövsüm İspaniya klubunun heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button