
PSJ ötən mövsüm “Barselona”nı necə dayandırıb?
PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın ötən mövsüm UEFA Çempionlar Liqasının 1/4 finalındakı “zəif nöqtə”sinə diqqət çəkib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət ispaniyalı çalışdırıcının pressinq tələsi hazırladığı Ronald Arauxodan gedir:
“Arauxo yüksək səviyyəli futbolçudur, lakin o, topla pis rəftar edir. O, hər dəfə topu qəbul edəndə onun ötürmə xəttini kəsməliyik”.
“Barselona” Fransada keçirilən ilk görüşdə qalib gəlsə də (3:2), sonra evdə uduzub (1:4). Arauxo qırmızı vərəqə alıb, bundan sonra PSJ qarşıdurmanın gedişatını dəyişib və yarımfinala vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin