PSJ onunla yollarını ayırır

Fransanın PSJ klubu futbolçusu Tiaqo Silva ilə bağlı qərarını verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu müqaviləsi cari mövsümün sonunda bitəcək müdafiəçiyə yeni sözləşmə təklif etməyəcək. Braziliyalı futbolçunun PSJ ilə daha iki illik müqavilə imzalamaq istədiyi, amma klubun bu fikirdə olmadığı bildirilir.

2012-ci ildən PSJ-nin şərəfini qoruyan 35 yaşlı futbolçu, cari mövsümdə 26 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button