
Donnarumma Fransada qalacaq
PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını Fransada davam etdirmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər Donnarumma ilə artıq müqavilənin müddətinin uzadılmasına dair danışıqlara başlayıblar.
Bildirilir ki, “Bayern”in italiyalı qolkiperə marağı heç vaxt ciddi olmayıb, çünki Münhen klubu hazırkı qapıçılarından razıdır.
Daha öncə 26 yaşlı qolkiper özü də PSJ ilə yeni müqavilə imzalamaq istədiyini açıqlamışdı. O, son mövsümdə bütün turnirlərdə 40 oyun keçirib, 39 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



