İddia: Neymarla 5 illik müqavilə imzalanıb
PSJ-nin hücumçusu Neymarın Paris klubu ilə müqaviləsi uzadılıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, iyulun 1-də 30 yaşlı braziliyalının klubla müqaviləsi 2027-ci ilə qədər uzadılıb. Hücumçunun əhatəsində olanlar əmindirlər ki, növbəti mövsüm Neymar üçün karyerasının ən yaxşı ili olacaq.
Neymar ötən mövsüm 28 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin