Fransa klubu Qavi üçün sərfəli təklif verməyə hazırdır

“Barselona”nın yarımmüdafiəçisi Qavi PSJ-nin maraq dairəsindədir.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu mövsümün ikinci yarısında Hans-Diter Flikin komandası üçün əhəmiyyətini itirərsə, Paris klubu onun transferi üçün sərfəli təklif verməyə hazır olacaq.

20 yaşlı oyunçu bu yaxınlarda “Barselona” ilə müqaviləsinin müddətini 2030-cu ilin ortalarına qədər uzadıb. O, 2024/25 mövsümündə 24 rəsmi oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button