PSJ ukraynalı müdafiəçidən əl çəkmir

PSJ hələ də “Bornmut”un müdafiəçisi İlya Zabarnını transfer etməyə çalışır.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Fransa klubu, “Ayntraxt”dan (Frankfurt) sabiq hücumçusu Huqo Ekitikenin “Liverpul”a satılması ilə bağlı sövdələşmə başa çatdıqdan sonra ukraynalı futbolçu üçün təklifini təkmilləşdirməyə hazırdır. PSJ 80 milyona İngiltərə klubuna keçəcək Ekitike üçün transfer məbləğinin 20 faizini alaraq, 16 milyon avro qazanacaq.

Daha əvvəl parislilər Zabarnı üçün “Bornmut”a 60 milyon avro təklif etsə də, İngiltərə klubu bundan imtina edərək, futbolçunun minimum qiymətini 70 milyon müəyyən edib. İndi PSJ danışıqlara qayıtmaq və müqavilənin məbləğini tənzimləmək niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button