PSJ onun üçün azı 50 milyon avro tələb edir

PSJ futbolçusu Marko Verrattinin satışından ən azı 50 milyon avro qazanmaq istəyir.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, italiyalı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə üstünlük verir.

PSJ bu transfer üçün 50-60 milyon avro təzminat almaq istəyir.

“Əl-Hilal” artıq Verrattiyə ilk müqavilə təklifini edib. Futbolçu bu təklifi qəbul etsə, maaşı ildə 30 milyon avro olacaq.

30 yaşlı yarımmüdafiəçi 2012-ci ildən PSJ-də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button