PSJ onun ayrılığını rəsmən açıqladı

Fransa çempionu PSJ kapitanı Tyaqo Silvanın komandadan ayrıldığını rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Paris təmsilçisi 35 yaşlı müdafiəçiyə xidmətlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.

Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edirdi. O, Paris təmsilçisinin heyətində bütövlükdə 315 matça çıxıb ki, bunların 293-də kapitan sarğısını daşıyıb. Hansı ki, bu baxımdan PSJ-də rekord məhz braziliyalı futbolçuya məxsusdur. Braziliya millisinin sabiq üzvü PSJ ilə 25 kubok qazanıb.

Qeyd edək ki, Silvanın azad agent kimi “Çelsi”yə keçməyə yaxın olduğu bildirilir. London klubunun braziliyalı oyunçu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button