
PSJ ukraynalı futbolçunun transferini tamamlamağa yaxındır
PSJ “Bornmut”un müdafiəçisi İlya Zabarnının transferini yekunlaşdırmağa yaxındır.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, klublar arasında danışıqlar yekun mərhələyə qədəm qoyub.
Ukraynalı futbolçu qarşıdakı mövsüm müdafiə xətti üçün əsas gücləndirici hesab olunur. Tərəflər sözləşmənin şərtlərini demək olar ki, razılaşdırıblar və parislilər danışıqların uğurla başa çatacağına yüksək nikbinliklə yanaşırlar. Transfer dəyərinin yekun təfərrüatları təsdiq mərhələsindədir.
Əvvəllər məlum olmuşdu ki, PSJ 22 yaşlı oyunçu üçün təxminən 60 milyon avro təklif etsə də, “Bornmut” 70 milyonluq məbləğdə israr edirdi. Yaranan fasilədən sonra prosesi sürətləndirmək üçün vəziyyətə Fransa klubunun prezidenti Naser Əl-Xələfi şəxsən müdaxilə edib.
Bizi Facebook-da izləyin



