
PSJ “Real”ın futbolçusunu transfer edə bilər
“Real”ın vingeri Rodriqo müəyyən şərtlər daxilində yay transfer dönəmində PSJ-yə keçə bilər.
Daha əvvəl Paris klubunun braziliyalı futbolçu ilə maraqlandığı iddia olunsa da, bu xəbərlər rəsmi təsdiqini tapmamışdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda PSJ Rodriqo üçün aktiv danışıqlar aparmır. Ancaq klub onu potensial transfer hədəfi kimi nəzərdən keçirir. Bu, yalnız Bredli Barkolanın komandadan ayrılacağı təqdirdə reallaşa bilər.
Barkola “Liverpul”un maraq dairəsindədir və PSJ-də əsas heyətdə müntəzəm yer ala bilmir. Bu da onun ayrılma ehtimalını artırır.
24 yaşlı Rodriqo isə “Real”da qalmağa hazırdır, yalnız çox cəlbedici bir təklif olacağı halda klubla yollarını ayıra bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



