PSJ Ukrayna millisinin üzvü ilə maraqlanır

PSJ yeni mərkəz müdafiəçisi axtarışındadır. İddialara görə, bu yay transfer pəncərəsində 30 yaşlı braziliyalı müdafiəçi Markinyos Paris klubunu tərk edə bilər.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, PSJ-nin diqqətində “Bornmut”da çıxış edən Ukrayna millisinin müdafiəçisi İlya Zabarni var.

Ukraynalı futbolçunun təxmini dəyəri 40 milyon avro göstərilir. Onun “Bornmut”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarınadək qüvvədədir. O, cari İngiltərə Premyer Liqası mövsümündə 33 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button